"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Prezident Qanuna əlavəni təsdiq edib: “Bu mübahisələr dövlət və bələdiyyə əmlakının istifadəyə, icarəyə və mülkiyyətə verilməsi ilə əlaqədar olduqda,..”

--2018-12-26 / 15:50

Azərbaycan Respublikası Prezidenti tərəfindən 30.10.2018-ci il tarixdə "inzibati icraat haqqında" Qanunun 4.3-cü maddəsinə dəyişikliklər edilərək inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlə bağlı tərəflər arasında mübahisələrdə məhkəməyə müraciət etmək hüququ əlavə olunmuşdur.

Bununla bağlı Belediyye.infoya açıqlamasında Nəsimi Bələdiyyəsinin hüquqşünası əli Mahmudov bildirib ki, "inzibati icraat haqqında" Qanunun 4.3-cü maddəsində inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlə bağlı mübahisələrin müəyyən olunmuş qaydada subordinasıya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edildiyi təsbit olunmuş, mübahisələrlə əlaqədar tərəflərin məhkəməyə müraciət etmə hüququ məhdudlaşdırılmışdır.

Bu Qanuna əlavə olunmuş dəyişiklikdə göstərilmişdir ki, bu mübahisələr dövlət və bələdiyyə əmlakının istifadəyə, icarəyə və mülkiyyətə verilməsi ilə əlaqədar olduqda, qəbul edilmiş inzibati aktlar, həmçinin birbaşa məhkəmələrdə mübahisələndirilə bilər. Bununla da qanunverici tərəfindən haqlı olaraq mübahisə tərəflərinə məhkəməyə müraciət etmə hüququ verilmişdir.

Xatırlatma:

“Azərbaycan Respublikasının Prezidenti ilham əliyevin inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu qeyd edilir:

“Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, â„– 12, maddə 1084; 2006, â„– 12, maddə 1031; 2008, â„– 6, maddə 462; 2011, â„– 7, maddə 592; 2014, â„– 12, maddə 1516; 2016, â„– 4, maddə 643) 4.3-cü maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Bu mübahisələr dövlət və bələdiyyə əmlakının istifadəyə, icarəyə və mülkiyyətə verilməsi ilə əlaqədar olduqda, qəbul edilmiş inzibati aktlar, həmçinin birbaşa məhkəmələrdə mübahisələndirilə bilər.”.

Maddə 2. Bu Qanunun 1-ci maddəsi həmin Qanun qüvvəyə mindikdən sonra qəbul edilmiş inzibati aktlarla bağlı yaranan münasibətlərə şamil edilir.” 

https://azertag.az/xeber/1227986?fbclid=IwAR1lhhsiqrzbhExvpgPVtE9ht2A0vZe0g_b94ureez02-Ehg29fVUiRcDAo

ŞƏRHLƏR